İtkin düşən hərbçimizin cəsədi tapıldı – Ermənilərdədi (Yenilənib)

İtkin düşən hərbçimizin cəsədi tapıldı   – Ermənilərdədi (Yenilənib)

Azərbaycan Müdafiə Nazirliyi hərbi qulluqçumuzun meyitinin döyüş meydanında tapılması ilə bağlı erməni tərəfinin yaydığı xəbəri təsdiq edib.

Bu barədə  Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, hazırda onun təhvil alınması ilə bağlı müvafiq qurumlarla hazırlıq və əlaqələndirmə işləri aparılır.

Xatırladaq ki, hərbçinin nəşi bu gecə təmas xəttində - döyüş meydanında tapılıb. Onun adı və ya hərbi rütbəsi barədə heç bir açıqlama verilməyib.

***

Ermənistan silahlı bölmələri tərəfindən təmas xəttində bir hərbçinin meyitinin tapılması ilə bağlı dəqiqləşdirmə aparılır.

Aktual.az xəbər verir ki, əsir və itkin düşən, girov götürülən vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbəri İsmayıl Axundov APA-ya açıqlamasında bildirib ki, hazırda məlumatın dəqiqləşdirilməsi və meyiti aşkar edilən şəxsin həqiqətən də Azərbaycan Ordusunun hərbi qulluqçusu olub-olmadığının müəyyənləşdirilməsi istiqamətində beynəlxalq təşkilatlarla danışıqlar gedir.

Qeyd edək ki, Ermənistan mətbuatı aprelin 16-na keçən gecə qoşunların təmas xəttində Azərbaycan hərbçisinin meyitinin tapılması barədə məlumat yayıb.

Xatırladaq ki, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində, döyüş meydanında itkin düşənlərlə bağlı axtarışlar aparılan zaman Azərbaycan Silahlı Qüvvələrinin bir hərbi qulluqçusu - kiçik gizir Baxışov Seymur Qulamhüseyn oğlunun taleyi barədə məlumat əldə etmək mümkün olmayıb.

Xəbər 545 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR