İran dronu Bərzaninin ofisinə hücum etdi - Arakçıdan bəyanat

İran dronu Bərzaninin ofisinə hücum etdi - Arakçıdan bəyanat
  • DÜNYA

İraq Kürdüstan Bölgəsinin Baş naziri Məsrur Bərzaninin ofisinə hücumu heç nə əsaslandıra bilməz.

Aktual.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı X sosial hesabında yazıb.

"Bərzaninin ofisinə edilən ehtiyatsız hücumu heç nə əsaslandıra bilməz. Kürd dostlar qonşular arasında nifaq salmaq üçün yalançı planlara qarşı ayıq olmalıdırlar. Biz kürd dostlarımızı Səddam və İŞİD-dən qoruduq və sərhədimizdə təmin etdikləri təhlükəsizlik üçün minnətdarıq”, - Arakçı bildirib.

Qeyd edək ki, dünən İran istehsalı iki "Hadid-110” dronu ilə İraq Kürdüstan Bölgəsinin Baş naziri Məsrur Bərzaninin şəxsi ofisinə hücum edilmişdi.
Xəbər 32 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR