“Instagram”da qeydiyyat zamanı doğum tarixinin göstərilməsi tələb olunacaq

“Instagram”da qeydiyyat zamanı doğum tarixinin göstərilməsi tələb olunacaq

"Instagram" sosial şəbəkəsində hesab yaradarkən doğum tarixinin göstərilməsi tələb ediləcək. Bu haqda dekabrın 4-də sosial şəbəkənin saytında dərc edilmiş məlumatda deyilir.

Aktual.az ictnews.az-a istinadən bildirir ki, "bu gündən başlayaraq "Instagram"da hesab yaradarkən doğum tarixinin göstərilməsi tələb olunacaq. Sosial şəbəkədən istifadə qaydalarımıza görə, əksər ölkələrdə hesab yaratmaq üçün ən azı 13 yaşınız olmalıdır" - məlumatda deyilir.
Məlumata görə, doğum tarixi digər istifadəçilər üçün əlçatan olmayacaq.
 
Aktual.az
Xəbər 2805 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR