İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsində ölüm

İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsində ölüm

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsində ölüm hadisəsi baş verib.

Aktual.az bildirir ki, şahidlərin APA-ya verdikləri məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib. 1971-ci il təvəllüdlü Təranə Nağı qızı Cəfərova binadan düşərək ölüb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəliblər.

Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, dünyasını dəyişən T. Cəfərova Baş İdarədə xadimə işləyib. O, binanın pəncərəsini silərkən ehtiyatsızlıqdan yıxılaraq ölüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Xəbər 431 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR