İmişlidə fərdi yaşayış evi yanıb - FOTO

İmişlidə fərdi yaşayış evi yanıb - FOTO

İmişli rayonunda fərdi yaşayış evi yanıb.

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, hadisə günorta saatlarında şəhərin Ə.Məmmədov küçəsində qeydə alınıb.
Belə ki, Mehman Zamanova məxsus evdə yanğın başlayıb. Nəticədə ümumi sahəsi 64 kvadratmetr olan 1 mərtəbəli 4 otaqdan ibarət evin 2 otağı yanaraq yararsız hala düşüb. Hadisə yerinə İmişli rayon dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb edilib. Yanğın söndürülüb.
Faktla bağlı araşdırma aparılır.



Xəbər 544 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR