İmişlidə 29 yaşlı gənc intihara cəhd edib

İmişlidə 29 yaşlı gənc intihara cəhd edib

İmişli rayonunda 29 yaşlı gənc oğlan intihara cəhd edib.

"Report"un Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə bu gün axşam saat 19:00 radələrində rayonun Bəhrəmtəpə qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1990-cı il təvəllüdlü Ə.C. yaşadığı evin həyətində olan hamamda özünü asaraq intihara cəhd edib. Xöşbəxtlikdən yaxınları hadisədən xəbər tutub və dərhal Ələkbəri xilas ediblər.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım qrupu gəlib. Ə.Cahangirov İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Xəbər 399 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR