İkimərtəbəli ev yandı - Bakıda

İkimərtəbəli ev yandı   - Bakıda

Bakıda yanğın hadisəsi qeydə alınıb. 


Aktual.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında istinadən verdiyi xəbərə görə, yanğın şəhərin Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan ikimərtəbəli 3 otaqlı evdə baş verib. Nəticədə evin 2-ci mərtəbəsində dəhlizin yanar konstruksiyaları 8 kv.m sahədə və dam örtüyü 25 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Aktual.az

Xəbər 421 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR