İki yük maşını toqquşdu — Yaralanan var

İki yük maşını toqquşdu   — Yaralanan var

Hacıqabulda iki yük maşınının toqquşması nəticəsində bir nəfər yaralanıb.
Aktual.az report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Qazax magistral yolunun Hacıqabulun Muğan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumatlara görə, qəza zamanı iki "KamAZ" markalı yük maşını toqquşub, nəticədə bir nəfər xəsarət alıb. Yaralı Şirvan Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıb.
Faktla bağlı BDYPİ-də araşdırma aparılır.
 
Aktual.az
Xəbər 457 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR