İki polis əməkdaşı yaralandı Partlayış

İki polis əməkdaşı yaralandı  Partlayış

İnquşetiyada müəyyən edilməmiş partlayıcı qurğunun işə salınması nəticəsində iki polis əməkdaşı yaralanıb. APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə regional DİN-in mətbuat xidmətinin rəhbəri Cəbrayıl Şauxalov bildirib.  

“Saat 19.00 radələrində Pliyevo və Açaluki yaşayış məntəqələri arasında yerləşən meşə zolağında əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilməmiş partlayıcı qurğunun işə salınması nəticəsində iki polis əməkdaşı kontuziya olub”, deyə Şauxalov bildirib.

Hadisə yerinə əməliyyat qurumlarının əməkdaşları cəlb olunub, araşdırma aparılır.

Aktual.az

Xəbər 650 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR