İki maşın toqquşdu - Yaralılar var

İki maşın toqquşdu   - Yaralılar var

Bu gün axşam saatlarında Xaçmaz-Quba yolunun 6-cı km-də, Xaçmaz rayonunun Yergüc kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verib. 

Aktual.az-ın APA-ya istinadən məlumatına görə, 90 BT 862 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil qarşıdan gələn 90 VA 681 dövlət nömrə nişanlı “Mitsubişi” markalı avtomobillə toqquşub. Nəticədə “Mitsubişi”-nin sürücüsü 1968-cı il təvəllüdlü Səməd Qasımov və sərnişini, 1960-cı il təvəllüdlü Zöhrə Qasımova müxtəlif xəsarətlər alaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlar ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Aktual.az

Xəbər 437 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR