Hörmüzü ABŞ ərazisi elan etmək xoşuma gəlir - Tramp

Hörmüzü ABŞ ərazisi elan etmək xoşuma gəlir - Tramp
  • DÜNYA

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının ABŞ ərazisi elan edilməsi ideyasını bəyəndiyini bildirib.

Aktual.az xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən Hörmüz boğazının hazırda ABŞ tərəfindən tam nəzarətdə saxlanıldığını deyib.

"Biz ona nəzarət edirik. Blokada vasitəsilə nəzarət edirik. Onu ABŞ ərazisi elan etmək ideyası xoşuma gəlir. Bunu edə bilərik”, - deyə Tramp bildirib.

ABŞ Prezidenti hazırda boğaza tam nəzarət etdiklərini qeyd edib. O, İran hərbçilərinin problemlər yarada biləcəyini də istisna etməyib.

"Onlar suya mina yerləşdirə bilərlər. İnsanlar isə bir milyard dollar dəyərində olan gəmilərini minaların təhdid etməsini xoşlamırlar”, - Tramp vurğulayıb.

Hörmüz boğazından keçən neftlə bağlı danışan Tramp İran limanlarının blokadada olduğu şəraitdə ABŞ-ın milyonlarla barel neft çıxardığını bildirib.

"Hazırda təmin etdiyimiz həcmlərə baxsanız, boğaz açıqdır. Neftin qiymətləri aşağı düşür və hazırda etdiyimizdən daha radikal addım atmağa qərar verməsək, daha da düşəcək”, - ABŞ lideri deyib.

Tramp İranın vəziyyətinin ağır olduğunu da iddia edib.

"İran böyük problemlə üz-üzədir. Onlarda inflyasiya 300 faizdir. Ölkə xaos içindədir, silahlı qüvvələri isə tamamilə darmadağın edilib”, - deyə Tramp əlavə edib.
Xəbər 34 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR