Hitlerin işlətdiyi telefon fantastik qiymətə satılıb –FOTO

Hitlerin işlətdiyi telefon fantastik qiymətə satılıb –FOTO

Üçüncü reyx Adolf Hitlerin İkinci Dünya Müharibəsi zamanı istifadə etdiyi telefon Amerikada hərracda 243 min dollara satılıb.

Alıcının kimliyi açıqlanmayıb.
Meryland ştatının Çisepiyk şəhərində keçirilən hərracda telefonun başlanğıc qiyməti 100 min dollar olub.
Hitlerin adı həkk olunan qırmızı telefon 1945-ci ildə onun Berlindəki yeraltı bunkerində aşkar edilib.
Sovet əsgərləri Almaniya təslim olduqdan sonra telefonu suvenir kimi Böyük Britaniya zabiti Ralph Raynerə təqdim ediblər.
Hərrac təşkilatçılarının bəyanatına görə, bu telefon "kütləvi qırğın silahı” kimi istifadə olunub. Çünki Hitler məhz bu telefonla milyonlarla insanın qətlinə gətirib çıxaran əmrlər verib.
Hərracda həmçinin Hitlerə məxsus farfar heykəl də satılıb. Bu heykəl digər iştirakçı tərəfindən 24 min 300 dollara satın alınıb. /Lent.az
Xəbər 912 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR