Heydər Əliyev prospektində qəza: Avtomobil ikiyə bölündü

Heydər Əliyev prospektində qəza: Avtomobil ikiyə bölündü

Bakıda ağır yol qəzası baş verib.

Aktual.az APA-ya istinadən xəbər verir ki, şahidlərin verdiyi məlumata görə, hadisə bu gün saat 11.30 radələrində Heydər Əliyev prospektində qeydə alınıb.

“Mercedes” markalı avtomobil idarəetməni itirərək yol kənarındakı işıq dirəyinə, sonra isə ağaca çırpılıb.

Nəticədə avtomobil iki hissəyə bölünüb. Ölən və yaralananlar barədə məlumat yoxdur.

Hadisə yerinə polis əməkdaşları çağırılıb.

Araşdırma aparılır.

Xəbər 560 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR