Hərbi Liseyin kursantı kanalda batdı

Hərbi Liseyin kursantı kanalda batdı

Bərdədə su kanalında batan şəxsin kimliyi məlum olub.

Aktual.az Report-a istinadən xəbər verir ki, batan şəxs Cəfərov Vüsal Qara oğludur. 16 yaşlı yeniyetmə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantıdır.

Hadisə V.Cəfərov su kanalının yaxınlığında qoyun otaran zaman baş verib. Belə ki, kanalın üstündəki dəmir borunun üstü ilə kanalın digər tərəfinə keçən yeniyetmənin ayağı sürüşüb və o, kanala düşüb.

Hazırda xilasedicilər yeniyetmənin axtarışlarını davam etdirir.

Xəbər 673 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR