Hacıqabul sakini öz evini yandırdı

Hacıqabul sakini öz evini yandırdı

Hacıqabulda yaşayış evi yanıb.

ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul rayonunun Udlu qəsəbəsinə daxil olan Tava kəndində baş verib. Kənd sakini, 1972-ci il təvəllüdlü Zeynalov Mehman Məmmədkərim oğlu öz evini yandırıb. Nəticədə 100 kv/m sahəsi olan ev əşyaları ilə birlikdə yanıb.
Məlumata görə, M. Zeynalov psixi xəstəlikdən əziyyət çəkib. O müalicə aldığı xəstəxanadan bir müddət əvvəl evə buraxılıbmış.
Faktla bağlı araşdırma aparılır.
Xəbər 523 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR