Göygöldə 5 gənc yaralandı

Göygöldə 5 gənc yaralandı

Göygöldə 5 nəfərin yaralanması ilə nəticələnən ağır yol nəqliyyat qəzası baş verib.

Aktual.az APA-ya istinadən xəbər verir ki, hadisə iyulun 22-də saat 24 radələrində qeydə alınıb. Samux rayon sakini, 1992-ci il təvəllüdlü Abdulla Abdullayevin idarə etdiyi “VAZ 2107” markalı avtomobillə Nurlan Əmiraslanovun idarə etdiyi “LADA Priora” markalı avtomobil toqquşub. Qəza zamanı hər iki avtomobilin sürücüsü və “VAZ 2107” də olan sərnişinlər 23 yaşlı Tural Süleymanov, 21 yaşlı Pərviz Ağazadə və 24 yaşlı Ruslan Qasımov müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıblar. Yaralılardan A. Abdullayev və T. Süleymanovun vəziyyətinin ağır, iki nəfərin orta ağır, bir nəfərin vəziyyətinin isə yüngül olduğu bildirilir.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.  

 
Xəbər 632 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR