"Gürcüstanın qaz təchizatı ilə bağlı heç bir problem yoxdur"


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə şirkəti olan "SOCAR Georgia Gas" Azərbaycanın Gürcüstanın qazla təchizatını dayandırması ilə bağlı yayılan məlumatların doğru olmadığını deyib.

Aktual.az report-a istinadən xəbər verir ki, xəbər verir ki, şirkət həriki ölkə arasında əlaqələrin inkişaf etdiyini və qaz təchizatı ilə bağlı Azərbaycanla Gürcüstan arasında uzunmüddətli sazişin imzalandığını, bu baxımdan təchizatla bağlı hər hansı problemin olmadığını açıqlayıb.

Məlumatda qeyd edilir ki, "SOCAR Georgia" yerli bazarda möhkəmlənməkdə maraqlıdır və bu baxımdan regional və beynəlxalq layihələrdə uğurla iştirak edir.

 
Xəbər 656 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR