Gürcüstanda ağır yol qəzası: 9 azərbaycanlı xəsarət aldı

Gürcüstanda ağır yol qəzası: 9 azərbaycanlı xəsarət aldı

Gürcüstanda Qırmızı körpü avtomagistralında ağır yol qəzası olub.


"Report"un Gürcüstan bürosunun xəbərinə görə, yolun Rustavi şəhərindən keçən hissəsində şəxsi marşrut taksisi və "Lada" markalı minik maşını toqquşub. Nəticədə 9 azərbaycanlı xəsarət alıb.

Xəsarət alanların qohumlari "Report"a bildiriblər ki, marşrut taksisində olan 8 azərbaycanlı Lecbəddin kəndindən Tbilisiyə yas mərasiminə gedirmişlər.

Xəsarət alanlar Rustavi şəhər mərkəzi xəstəxanasına yerləşdiriliblər. Qəzada xəsarət alan azərbaycanlılardan 8-i Gürcüstan, biri Azərbaycan vətəndaşıdır. Azərbaycan vətəndaşının bud-çanaq hissəsindən ağır travma aldığı bildirilir.

Xəbər 432 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR