“Günəşli”dən SON XƏBƏR: platformadakı işçilər sağ-salamatdır

“Günəşli”dən SON XƏBƏR:  platformadakı işçilər sağ-salamatdır


Bu barədə “Azneft” İB-də yaradılan qərargahdan məlumat verilib



Yanğın baş verən platformada qalan işçilər sağ-salamatdırlar.

Bu barədə “APA-Economics”ə “Azneft” İB-də yaradılan qərargahdan məlumat verilib.

Qərargahdan bildirilib ki, SOCAR prezidenti Rövnəq Abdullayev də hazırda hadisə yerindədir. FHN-nin vertolyotu da hadisə yerinə cəlb olunub, qısa zamanda xilasetmə qayığı oradan götürüləcək.

Bundan başqa, platformada yanğının hələ də davam etdiyi bildirilib: “Dalğalar çox hündür olduğundan yanğınsöndürən gəmilər platformaya yaxınlaşa bilmir”.

Qeyd edək ki, dünən baş verən güclü tufan saat 17:40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib.

Xəbər 482 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR