"Günəşli"də daha bir quyuda yanğın söndürüldü


"Günəşli" yatağında daha bir quyuda yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən məlumata görə, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş yanğının söndürülməsi istiqamətində nazirlik tərəfindən tədbirlər davam etdirilir.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən bildirilib ki, qaz quyularından birində yanğın söndürülüb. Digər quyularda yanğının söndürülməsi üçün işlər davam etdirilir.

Xəbər 354 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR