Günəbaxan toxumu boş vaxtları dəyərləndirmək baxımından olduqca dadlı bir təamdır.
Aktual.az qadinklubu.com-a istinadən məlumat verir ki, xüsusən də xanımlar televizor qarşısında bu günəbaxan toxumu ilə daha maraqlı vaxt keçirirlər. Amma bir məqama diqqət yetirmək önəmlidir. Bu ləziz toxumların orqanizmimizə nə kimi faydaları və zərərləri vardır? Bu sualın cavabını qadınklubu.com sizlər üçün araşdırdı.
Faydaları:
Xolesterolu salır.
Damar sərtliyini aradan qaldırır.
Zəif uşaqların gündə 50 qram yeməsi tövsiyə edilir.
Cinsi istəyi artırır.
Ürək və sinir xəstəliklərinin qarşısını alır.
Sidik qovucudur.
Tənəffüs sistemi narahatlıqlarında qabaqlayıcı təsirlərə malikdir.
Tərkibindəki sink və fosfor ilə sümük və diş sağlamlığı üzərində müsbət təsirə malikdir.
Tərkibindəki B vitamini immunitet sistemini qüvvətləndirir.
*100 qram günəbaxan toxumunda 578 kalori var .
Zərərləri:
Çox istifadə edilməsi ağız içi yaralara səbəb ola bilər. Kalorisi çox olduğundan çox istifadə edilməsi artıq çəki problemi yarada bilər. Duzlu olaraq istifadə edilməsi, təzyiq xəstələri üçün təhlükəlidir. Təzyiq xəstəsi olmayanlar da duzlu istifadə etməkdən ehtiyat etməlidirlər.
Aktual.az