Goranboyda iki avtomobil toqquşdu: yaralılar var

Goranboyda iki avtomobil toqquşdu:   yaralılar var

Bakı-Qazax magistral yolunda üç nəfərin yaralanması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
 
Aktual.az APA-ya istinadən xəbər verir ki, hadisə magistral yolun Goranboy rayonu, Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
 
Şəmkir rayonu Yeni Həyat kənd sakini, 1965-ci il təvəllüdlü Maarif Cəfərov idarə etdiyi “VAZ2107” markalı avtomobillə hərəkətdə olarkən arxadan 1981-ci il təvəllüdlü Elmir Məmmədovun idarə etdiyi “Ford Tranzit” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində “VAZ 2107”in sürücüsü və maşında olan sərnişinlər, 1963-cü il təvəllüdlü Kifayət Məmmədova və Fəlakət Cəfərova müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. 

Xəbər 594 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR