Goranboyda dəhşətli qəza: 4 nəfər ölüb

Goranboyda dəhşətli qəza:   4 nəfər ölüb

Goranboy rayonunda dəhşətli yol qəzası baş verib.

Aktual.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Borsunlu kəndindən Goranboy şəhərinə gedən yolda qeydə alınıb. İki “VAZ-2107” markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb, 4 nəfər isə müxtəlif bədən xəsarətləri alaraq Goranboy Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ölənlər rayonun Veyisli kənd orta məktəbinin direktoru Ələsgər Ələsgərov və direktor müavini Nofəl İsgəndərovdur.

Xəsarət alanların isə rayonun Qaraçinar kənd sakini, 1981-ci il təvəllüdlü Xəqani Rzayev, Qızıl Hacılı kənd sakini, 1982-ci il təvəllüdlü Elman Həsənov, Yenikənd kənd sakini, 1990-cı il təvəllüdlü Nəriman Rzayev və Veyisli kənd sakini, 1977-ci il təvəllüdlü Bəxtiyar Əhmədov olduğu bildirilib.

Ölənlərdən iki nəfərin şəxsiyyəti hələ ki, müəyyənləşməyib.

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər 530 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR