Goranboyda ağır yol qəzası: 1 nəfər ölüb, 5-i yaralanıb

Goranboyda ağır yol qəzası: 1 nəfər ölüb, 5-i yaralanıb

 Goranboy rayonunda ağır yol qəzası baş verib. 

Aktual.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə oktyabrın 11-də saat 8 radələrində rayonun Aşağı Ağcakənd kəndi ərazisində qeydə alınıb. 
Belə ki, Goranboy rayonunun Zeyvə kənd sakini Kamran Quliyevin idarə etdiyi "Niva” və Börü kənd sakini Şaiq Sadıqzadənin idarə etdiyi "VAZ-21015” markalı avtomobillər toqquşub, K.Quliyev idarəetməni itirdiyindən avtomobili yolun kənarındakı boruya vurub. Nəticədə K.Quliyevin sərnişinlərindən Zakir Səmədov hadisə yerində ölüb, özü və digər 4 sərnişini xəstəxanaya yerləşdirilib.
Xocalı rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.
 
Aktual.az 
Xəbər 386 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR