Gəncədə yol qəzası baş verib, yaralılar var

Gəncədə yol qəzası baş verib, yaralılar var

Aktual.az apa-ya istinadən xəbər verir ki, Gəncədə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 
 
Hadisə şəhərin Ozan küçəsində qeydə alınıb. Hələlik markası və sürücüsü məlum olmayan avtomobil yol ilə hərəkətdə olan “QAZel”ə çırpılıb və hadisə yerindən uzaqlaşıb.
 
Qəza zamanı “QAZel”də olan 3 nəfər - 24 yaşlı Əziz Həsənov, 49 yaşlı Surxay Bayramov və 31 yaşlı Vüsal Pirani müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir.
 
Gəncə şəhər Baş Polis İdarəsində qəzanı törədən avtomobilin tapılması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.
 
Aktual.az
Xəbər 375 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR