Gəncədə süpürgəçini maşın vurub

Gəncədə süpürgəçini maşın vurub

Gəncə şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
"Report”un Qərb bürosunun məlumatına görə, şəhərin Nizami Gəncəvi prospekti ilə hərəkətdə olan "VAZ-21099″ markalı avtomobil idarəetmədən çıxaraq səkiyə, daha sonra yolu süpürən 1978-ci il təvəllüdlü Əliyev Elşən Nadir oğluna dəyib.
Müxtəlif bədən xəsarətləri alan təmizlik işçisi xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Bundan əvvəl Cəlilabadda avtomobil piyadanı vurub.
 
Aktual.az
Xəbər 410 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR