Gəncədə məcburi köçkünlərin yaşadığı binada yanğın olub

Gəncədə məcburi köçkünlərin yaşadığı binada yanğın olub

Gəncədə məcburi köçkünlərin məskunlaşdığı binada yanğın baş verib.

Aktual.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Gəncə şəhərinin Bakı istiqamətindən girişində, kəlbəcərli məcburi köçkünlər üçün tikilən yaşayış binasında yanğın hadisəsi baş verib. 1 saylı binanın birinci blokunda qeydə alınan hadisə zamanı heç kim xəsarət almayıb.

Beşinci mərtəbədən başlayan alov birinci mərtəbəyədək davam edib. Yanğınsöndürənlərin səyi ilə alov tez bir zamanda söndürülüb və ətraf ərazilərə yayılmasının qarşısı alınıb. İlkin ehtimala görə, yanğın binanın daxilindən keçən kommunal xətlərə aid plastik boruların alışmasından qaynaqlanıb.

Aktual.az

Xəbər 360 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR