Gəncədə bıçaqlanan 28 yaşlı gənc xəstəxanada ölüb

Gəncədə bıçaqlanan 28 yaşlı gənc xəstəxanada ölüb

Gəncə şəhərində bıçaqlanan gəncxəstəxanada ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, xəstəxanaya yerləşdirilən, göstərilən tibbi yardımlara baxmayaraq, 1990-cı il təvəllüdlü Həsənov Elçin Ədalət oğlunun həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi barədə hələ ki, məlumat yoxdur.
Faktla bağlı araşdırma aparılır.

***
Gəncə şəhərində bıçaqlanma hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin "Gəj zavodu" adlanan ərazisinin yaxınlığında baş verib.
Şəhər sakini, 1990-cı il təvəllüdlü Həsənov Elçin Ədalət oğlu hələ ki, bilinməyən səbəbdən bıçaqlanıb. O, yaxınları tərəfindən xəstəxanaya aparılıb. Cərrahiyə əməliyyatı olunan yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, daha əvvəl Gəncədə ər arvadını bıçaqlayıb.
Xəbər 458 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR