Gəncədə 18 yaşlı qız itkin düşüb

Gəncədə 18 yaşlı qız itkin düşüb

Gəncə şəhər sakini itklin düşüb.

ONA-nın məlumatına görə, mayın 8-də Gəncə şəhərində yaşayan, 1983-cü il təvəllüdlü Məmmədov Ramil Şekspir oğlu Nizami rayon Polis idarəsinə ərizə ilə müraciət edərək, qızı, 2001-ci təvəllüdlü Məmmədova Şəfa Ramil qızının mayın 8-də saat 02:30 radələrində evdən xəbərsiz çıxıb və bir daha geri qayıtmadığını bildirib.
Məmmədova Şəfa Ramil qızının əlamətləri: boyu 161 sm, arıq bədən quruluşlu, qarabənizdir. Saçları uzun və qara, gözləri qara rəngdədir. Sol qaş nayihəsində köhnə yara izi, çapıq vardır. Əynində uzunqol papaqlı qadın koftası, qara şalvar, ayağında ağ rəngli idman ayaqqabısı olub.
Faktla bağlı Gəncə şəhəri Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.



Xəbər 111 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR