Füzulidə yeniyetmədən qadına qarşı dəhşətli əməl – Təfərrüat

Füzulidə yeniyetmədən qadına qarşı dəhşətli əməl – Təfərrüat

Füzuli rayonunda qadının zorlanaraq öldürülməsi hadisəsi ilə bağlı şok faktlar üzə çıxıb.

Aktual.az xəbər verir ki, Horadiz şəhəri ərazisində 1966-cı il təvəllüdlü Aygün İsmayılovanın (ad və soyadlar şərtidir) amansızlıqla öldürülməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Aparılan araşdırmalar zamanı qadının zorlandığı da məlum olub.
Dərhal həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qadının 2004-cü ildə anadan olmuş Fuad Piriyev tərəfindən öldürüldüyü məlum olub. O, tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir./Publika.az
Xəbər 523 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR