Fransanın müdafiə xərcləri 436 milyard avroya yüksələcək

Fransanın müdafiə xərcləri 436 milyard avroya yüksələcək
  • DÜNYA

Fransa Prezidenti Emmanuel Makron ölkənin müdafiə xərclərinin artırılmasını nəzərdə tutan hərbi planlaşdırma haqqında qanunu imzalayıb.

Fransa mediasının məlumatına görə, bu barədə Makron Borm-le-Mimozada keçirilən mərasimdə bildirib.

Qanuna əsasən, 2027-2030-cu illərdə müdafiə xərcləri əlavə 36 milyard avro artırılacaq. Vəsaitin informasiya təhlükəsizliyi və pilotsuz uçuş aparatları da daxil olmaqla müxtəlif hərbi istiqamətlərə yönəldilməsi planlaşdırılır.

Beləliklə, 2024-2030-cu illər üzrə Fransanın müdafiə xərclərinin ümumi həcmi 400 milyard avrodan 436 milyard avroya yüksələcək. Paris bununla NATO qarşısında müdafiə xərclərini ÜDM-in 2,5%-nə çatdırmaq öhdəliyini yerinə yetirməyi planlaşdırır. (apa)



Xəbər 28 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR