Fərdi evdə partlayış - Ana və 1 yaşlı qızı öldü

Fərdi evdə  partlayış   - Ana və 1 yaşlı qızı öldü

Bərdə rayonunda fərdi yaşayış evində partlayış baş verib.

Aktual.az-ın report-a istinadən məlumatına görə, hadisə rayonun Uğurbəyli kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini Əli Məmmədova məxsus fərdi yaşayış evində baş verən partlayış evin yanmasına səbəb olub. Hadisə qeyri-standart qaz sobasının partlaması nəticəsində baş verib. Yanğın nəticəsində iki nəfər ölüb, beş nəfər yaralanıb. Ölənlər Fidan Məmmədova ve onun bir yaşlı qızı Səba Məmmədovadır.

Yaralılardan dörd nəfərinin adı məlumdur. Həmin şəxslər bunlardır: Fəxriyyə Ənvər qızı, Vüsal Əli oğlu, Eldar Əli oğlu, Səma Vüsal qızı Məmmədovlar.

Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Aktual.az

Xəbər 514 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR