Evə oğurluğa girdi, 2 kilo ət apardı

Evə oğurluğa girdi, 2 kilo ət apardı

Bakıda mənzildən oğurluq edilib.
 
Aktual.az lent.az-a istinadən xəbər verir ki, Səbail rayonu Asif Məmmədov küçəsində yaşayan 1941-ci il təvəllüdlü İsmayılov Yaşar Muxtar oğlu bildirib ki, naməlum şəxs və ya şəxslər saat 02-dən 07:45-dək, yəni onun yatmış olduğu vaxt mənzilə soxulub. Mətbəxin açıq qalmış pəncərəsinin setkasını kəsən oğru daha sonra qonaq otağına daxil olub. Buradan 2 ədəd telefon və 100 manatlıq qab-qacaq oğurlayan naməlum şəxs soyuducudakı 2 kiloqram əti də özü ilə aparıb.
 
Faktla bağlı araşdırmalar aparılır.
Xəbər 537 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR