“Eurovision 2019″ təhlükəsizlik problemlərinə görə keçirilməyə bilər” – KİV

“Eurovision 2019″ təhlükəsizlik problemlərinə görə keçirilməyə bilər” – KİV

"Eurovision 2019″ beynəlxalq mahnı müsabiqəsinin keçirilməsi İsrail və Fələstin münaqişəsinə görə təhlükə altındadır.


"Report” "İzvestiya.ru”ya istinadən xəbər verir ki, bu barədə "The Jerusalem Post” nəşri bildirib.

Qeyd edilir ki, müsabiqə Təl-Əvivin şimal hissəsində, İsrailin "yarmarkalar mərkəzi”ndə keçirilməlidir.

Avropa Yayım İttifaqından (EBU) bildirilib ki, buna yalnız müharibə və ya genişmiqyaslı hərbi əməliyyatlar mane ola bilər.

İndi ölkə hakimiyyəti İttifaqla birlikdə tamaşaçıların və "Eurovision 2019″ iştirakçılarının təhlükəsizliyini bütün mümkün tədbirlərlə təmin etməyə çalışır.

Müsabiqənin dayandırılması təhlükəsi ABŞ prezidenti Donald Trampın İsrailin Holan yüksəklikləri üzərində hakimiyyətinin tanınması haqqında bəyannaməni imzalaması nəticəsində yaranıb. Sənədin imzalanması Vaşinqtonda İsrailin baş naziri Binyamin Netanyahu ilə Amerika liderinin görüşü zamanı baş tutub.

İsrailin Təl-Əviv şəhərində keçiriləcək "Eurovision 2019” mahnı müsabiqəsində Azərbaycanı gənc müğənni və bəstəkar Çingiz Mustafayev təmsil edəcək.

Xəbər 203 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR