"Terrorsuz Türkiyə” hədəfi çərçivəsində Monitorinq Komissiyası yaradılacaq.
Aktual.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş bildirib.
Parlament sədri komissiyanın 19 üzvdən ibarət olacağını deyib:
"Demək olar ki, bütün siyasi partiyalar komissiyaya mənim rəhbərlik etməyimi istəyirlər. "Terrorsuz Türkiyə” prosesi çərçivəsində 467 deputatın səsi ilə qəbul edilmiş "Milli Həmrəyliyin və İctimai İnteqrasiyanın Gücləndirilməsinə dair Qanun”un 7-ci maddəsinin 5-ci bəndinə əsasən yaradılacaq Monitorinq Komissiyasında təmsil olunacaq deputatların müəyyənləşdirilməsi üçün parlamentdəki siyasi partiyaların qrup rəhbərliklərinə məktub göndərib. Məktubda deputatların adlarının 30 noyabr 2026-cı il, bazar ertəsi, saat 17:00-dək TBMM sədrliyinə təqdim edilməsi istənilib.
19 üzvdən ibarət olacaq komissiyada siyasi partiyaların təmsilçilik bölgüsü belə müəyyənləşib: Ədalət və İnkişaf Partiyası (AK Parti) – 9 üzv, Yeni Partiya – 3 üzv, Xalqların Bərabərlik və Demokratiya Partiyası (DEM Parti) – 2 üzv, Milliyyətçi Hərəkat Partiyası (MHP) – 2 üzv, Cümhuriyyət Xalq Partiyası (CHP) – 1 üzv, İYİ Partiya – 1 üzv, Yeni Yol Partiyası – 1 üzv.
Xəbər 12 dəfə oxunub.