Çeçenistan rəhbəri Ramzan Kadırovun ikinci oğlu Əli Kadırov Serbiya vətəndaşlığı əldə edib. O, yeni sənədlərdə Əli Musayev adı ilə rəsmiləşdirilib.
Aktual.az xəbər verir ki, məlumata görə, Əli Kadırov Serbiya pasportunu 2025-ci ilin iyulunda, 18 yaşında alıb. Vətəndaşlığın ona xüsusi xidmətlərinə görə verildiyi bildirilir.
İddialara əsasən, onun Əli Musayev adı ilə rəsmiləşdirilmiş məxfi Rusiya pasportu da var. Bildirilir ki, Kadırovun oğlu uzun müddətdir xarici ölkələrə şəxsi təyyarələrlə məhz bu sənədlə səfər edir.
Korrupsiyaya qarşı Mübarizə Fondu Serbiya hakimiyyətinə müraciət edərək Əli Kadırovun vətəndaşlıqdan məhrum edilməsini tələb edib. Fondun Avropa İttifaqının müvafiq qurumlarını da məsələ ilə bağlı məlumatlandırdığı qeyd olunur
Xəbər 28 dəfə oxunub.