Xəzərin sahilboyu ərazilərinə xüsusi status veriləcək

Xəzərin sahilboyu ərazilərinə xüsusi status veriləcək

Xəzər dənizinin Azərbaycana aid hissəsinin sahilboyu ərazilərinə xüsusi status verilməsi, bu ərazilərin zonalara bölünməsi və hüquqi rejiminin müəyyənləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq.

Aktual.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Prezidentin noyabrın 16-da imzaladığı fərmanın icrasını təmin etmək üçün sərəncam imzalayıb.

Sərəncama əsasən, İqtisadiyyat Nazirliyi aidiyyəti qurumlarla razılaşdırılmış təklifləri beş ay ərzində Nazirlər Kabinetinə təqdim etməlidir. Təkliflər sahilboyu ərazilərdə ətraf mühitin mühafizəsi, iqtisadi fəaliyyət, turizm və istirahət sahələrində dövlət qurumlarının işinin əlaqələndirilməsini də əhatə edəcək.

Nazirliyə eyni müddətdə sahilboyu ərazinin sərhədləri və ölçüləri, eləcə də onun kağız və rəqəmsal formada qrafik təsviri ilə bağlı təkliflər təqdim etmək tapşırılıb. Bu zaman su ilə qurunun mövcud təmas xətti nəzərə alınacaq.

Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin təkmilləşdirilməsi, qanunsuz zəbt hallarının qarşısının alınması, inzibati və cinayət məsuliyyətinin gücləndirilməsi ilə bağlı təkliflər də hazırlanacaq.

Sərəncam noyabrın 25-də, imzalandığı gün qüvvəyə minib.
Xəbər 34 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR