Siyasətimdə avtoritar cizgilər var - Lukaşenko

Siyasətimdə avtoritar cizgilər var - Lukaşenko
  • DÜNYA

Belarus Prezidenti Aleksandr Lukaşenko Belarusda seçkilərin dürüstlüyü ilə bağlı suala cavab verərkən öz siyasətində avtoritar cizgilərin olduğunu etiraf edib.

Aktual.az xəbər verir ki, Lukaşenko bu barədə Fransanın "Le Point” jurnalına müsahibəsində danışıb. Ondan Qərbdə avtokrat və ya diktator hesab edilməsinə necə yanaşdığı soruşulub.

"Siyasətimdə avtoritar cizgilərin olduğu doğrudur. Bizdə hakimiyyət sistemi belədir. Sizdə də, Fransada, hakimiyyət sistemi sərtdir. Bizdə isə Konstitusiyaya görə daha sərtdir”, – Lukaşenko deyib.

Belarus Prezidentinin sözlərinə görə, ölkə müstəqillik qazandıqdan sonra dövlət quruculuğu üçün geniş səlahiyyətlərə ehtiyac olub. O xatırladıb ki, 1996-cı ildə ölkənin siyasi quruluşu məsələsi referenduma çıxarılıb.

"Xalq bu gün də qüvvədə olan Konstitusiyanı qəbul edib. Biz həmin Konstitusiyaya dəyişikliklər etdik. Xalq səs verdi, nəticələr də var. Düz etdim, ya səhv, bacardığım kimi hərəkət etdim. Gördüyünüz hər şey indiki prezident hakimiyyəti dövründə yaradılıb”, – Lukaşenko bildirib. (modern.az)
Xəbər 33 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR