"Ermənistan münaqişənin həllini ona görə uzadır ki,..." Novruz Məmmədov


“Son 20 ildə beynəlxalq aləmdə baş verən hadisələrdə beynəlxalq hüququn tətbiqini çox az-az hallarda müşahidə etmək olar”. APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün "Twitter" səhifəsində yazıb. 

N. Məmmədov bildirib ki, beynəlxalq aləmdə bu gün müşahidə olunan gərginliyin səbəbi elə budur: “Beynəlxalq hüquq yalnız sözdə mövcuddur. Maraqlıdır, Krımın, Abxaziyanın, Osetiyanın, Dnestryanının “rəhbərlərinə” Avropa və ABŞ vizaları verilməsi qadağandır. Amma separatçı Bako Saakyana asanlıqla viza verilir. Görəsən, bunu necə başa düşmək lazımdır? Ermənistan münaqişənin həllini ona görə uzadır ki, arxasında beynəlxalq hüquqa məhəl qoymayan dövlətlər durub”.

Aktual.az

Xəbər 911 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR