Ər arvadını bıçaqladı - Şəmkirdə

Ər arvadını bıçaqladı   - Şəmkirdə

Aktual.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, qəsəbə sakini 25 yaşlı Türkan Cəfərova çoxsaylı bıçaq xəsarətləri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına gətirilib.

Həkimlər dərhal yaralını əməliyyata götürüblər. Xəstənin alın, üz və döş qəfəsi nahiyyələrində bıçaq yaraları aşkar edilib. Cərahiyyə əməliyyatından sonra vəziyyəti orta-ağır qiymətləndirilir. Yaralının müalicəsi davam etdirilir.

Şəmkir Rayon Polis Şöbəsindən Kəpəz televiziyasına (Region TV) verilən verilən məlumata görə, Türkan Cəfərova əri – 29 yaşlı Ramin Cəfərov tərəfindən bıçaqlanıb və hadisəni törədən şəxs saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir. 

Aktual.az

Xəbər 560 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR