Ələt-Astara yolunda qəza: sürücülər xəstəxanalıq oldu

Ələt-Astara yolunda qəza:   sürücülər xəstəxanalıq oldu

Ələt-Astara magistralında iki avtomobil toqquşub.
Aktual.az-ın Lent.az-a istinadən məlumatına görə, yolun 161-ci kilometrliyində, Masallı rayonu ərazisində Hüseynov Fəxrəddin Kazım oğlunun idarə etdiyi "VAZ 21011" ilə Cabbarov Zakir Tağı oğlunun sürdüyü "VAZ 21063" toqquşub. Nəticədə hər iki avtomobil yararsız vəziyyətə düşüb və sürücülər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 347 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR