Kiyev rejiminin rəhbəri Vlolodimir Zelenski çətin qış mövsümü ərəfəsində bəzi sakinlərin Kiyevi tərk edə biləcəyini söyləyib.
Aktual.az xəbər verir ki, Zelenksi bu fikirləri "BBC"-yə müsahibəsində ifadə edib.
"Biz şəhərlərimizi qorumalıyıq. İnsanların istədikləri təqdirdə getməyə tam haqqı var. Bu, onların öz seçimidir. Əlbəttə, onlar bu qərarı verməkdə sərbəstdirlər və başqa şəhərlərə köçə bilərlər. Təəssüf ki, belədir, lakin biz onların həyatını xilas etməliyik", – deyə o bildirib.
Eyni zamanda, Zelenski sakinlərin zəruri hesab etdikləri təqdirdə şəhəri tərk etməkdə sərbəst olduqlarını bildirdi, lakin hakimiyyət orqanlarının Kiyevi bütün mövcud vasitələrlə müdafiə etmək niyyətində olduqlarını vurğuladı. O, Ukraynanın keçmişdə də çətin qışlarla üzləşdiyini xatırladaraq, Ukrayna paytaxtının ölkənin mövcudluğu üçün həyati əhəmiyyət daşıdığını qeyd etdi.
Bundan əlavə, Zelenski bildirib ki, ABŞ "Patriot" sistemlərinin tədarükünü gecikdirir və bunun əvəzinə Yaxın Şərqə üstünlük verir. O qeyd edib ki, Ukrayna hazırda Rusiyanın ən sürətli dronlarının təxminən 70%-ni zərərsizləşdirə bilsə də, ballistik hədəflərə qarşı istifadə olunacaq raketlərin ciddi çatışmazlığı ilə üzləşib. (Elchi.az)
Xəbər 42 dəfə oxunub.