İran ABŞ-nin ələ keçirdiyi tankerləri qaytardı

İran ABŞ-nin ələ keçirdiyi tankerləri qaytardı
  • DÜNYA

İran Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları ABŞ hərbçiləri tərəfindən ələ keçirilən iki İran neft tankerini geri qaytarıb.

Aktual.az modern.az-a istinadən xəbər verir ki, bu barədə İran Hərbi Dəniz Qüvvələrinin komandanı Şəhram İrani açıqlama verib.

"Amerika ordusu iki İran neft tankerini oğurlamışdı. Lakin amerikalılar yatarkən Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları onların düz başının üstündə peyda olaraq gəmiləri geri qaytardılar”, - deyə Şəhram İrani bildirib.

Komandanın sözlərinə görə, ABŞ ordusu əvvəlcə tankerlərin Hörmüz boğazından keçidini təmin etmək üçün gəmi sahiblərindən pul alır, lakin gəmilər hücuma məruz qaldıqda məsuliyyəti üzərindən atır və aldığı vəsaiti geri qaytarmır.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamasından sonra Hörmüz boğazında gəmiçilik ciddi şəkildə məhdudlaşıb. Tehran ABŞ-ın blokadasının və sanksiyaların aradan qaldırılması da daxil olmaqla, irəli sürdüyü şərtlər yerinə yetirilənədək məhdudiyyətləri davam etdirəcəyini bəyan edib.

Hörmüz boğazı dünya üzrə neft və mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünün həyata keçirildiyi əsas strateji dəniz marşrutlarından biridir.
Xəbər 25 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR