Braziliyalı sabiq futbolçu Juari 67 yaşında dünyasını dəyişib.
Aktual.az xəbər verir ki, əsl adı Jorge dos Santos Filho olan keçmiş futbolçu noyabrın 26-da Braziliyanın Posos di Kaldas şəhərində vəfat edib.
Karyerasına "Santos” klubunda başlayan hücumçu burada əfsanəvi Pele ilə birlikdə oynayıb. Onun karyerasının ən parlaq anlarından biri isə 1987-ci ildə "Porto” ilə Çempionlar Kubokunu qazanması olub.
Xəbər 23 dəfə oxunub.