Direktorun otağı yandı - Biləsuvarda

Direktorun otağı yandı -  Biləsuvarda

Biləsuvar rayonunda məktəb yanıb. 

Aktual.az FHN-ə istinadən xəbər verir ki, rayonun Təzəkənd kəndində yerləşən ümumi sahəsi 1561 kv.m olan birmərtəbəli məktəbdə yanğın baş verib.

18 sinifdən ibarət olan orta məktəbin sahəsi 15 kv.m olan direktor otağının yanar konstruksiyaları yanıb. 

Məktəbin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər 650 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR