Dəhşətli qəza - sərnişin yanaraq öldü

Dəhşətli qəza   - sərnişin yanaraq öldü


Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Goranboy rayonunda "Niva" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyinin hadisə yerinə cəlb olunmuş qüvvələri xilasetmə işlərinə başlayıblar. Hadisə yerində "Niva" markalı minik avtomobilində olan sərnişin 1964-cü il təvəllüdlü Təhməzov Zeynal İmran oğlunun cəsədi yanğınsöndürən-xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

Əməliyyat saat 01:37-də başa çatıb.

Xəbər 447 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR