Dəhşətli qəza: biri körpə olmaqla üç nəfər öldü

Dəhşətli qəza: biri körpə olmaqla üç nəfər öldü

Hacıqabul rayonu ərazisində dəhşətli yol qəzası baş verib.

Aktual.az-ın APA-ya istinadən məlumatına görə, bu gün saat 8.00 radələrində Bakı-Qazax yolunun 125-ci km-də, Hacıqabul rayonunun Qarasu kəndi ərazisində "VAZ-2107" markalı avtomobillə "KamAZ" markalı avtomobil toqquşub.

Nəticədə "VAZ-2107"-də olan 3 nəfər ölüb, bir nəfər ağır xəsarət alıb.

Ölənlərdən biri Sabirabad rayonunun Yenikənd kənd sakini, 2015-ci il təvəllüdlü Əliyev Nurid Mənsim oğludur, Sabirabad rayonunun Yenikənd kənd sakini, 1975-ci il təvəllüdlü Əliyeva Dilarə Əhməd qızı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qəzada ölən digər şəxslərin adı dəqiqləşdirilir.

İlkin ehtimala görə qəzaya dumanlı hava şəraiti səbəb olub.

Xəbər 468 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR