Daxili İşlər Nazirliyi “general”ı axtarışa verdi

Daxili İşlər Nazirliyi “general”ı axtarışa verdi

Bakıda “general” ləqəbli dələduz axtarışa verilib.

Aktual.az APA-ya istinadən xəbər verir ki, Suraxanı rayon Polis İdarəsindən verilən məlumata görə, 1954-cü il təvəllüdlü Manaf Bala oğlu Nadirov Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilir. O xeyli sayda vətəndaşın etimadını qazanaraq 100 min manatdan artıq mənimsəməyə yol verib.

Polisdən həmçinin bildirilib ki, M. Nadirov Bakıda “general” ləqəbi ilə tanınır.

Hazırda onn tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər 3731 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR