Daha bir iş adamı beynəlxalq axtarışda

Daha bir iş adamı beynəlxalq axtarışda

Azərbaycanda vergidən yayınan daha bir iş adamı beynəlxalq axtarışa verilib.

Aktual.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, 54 yaşlı Qalib İbrahimov külli miqdarda vergi ödəməkdən yayınmaqda təqsirləndirilir. O, Azərbaycandan qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.

APA-nın əldə etdiyi məlumata görə, Q. İbrahimov “Azkomp” MMC-nin direktorudur.

Qeyd edək ki, son vaxtlar Azərbaycanda vergidən yayınan xeyli sayda yerli və əcnəbi iş adamları beynəlxalq axtarışa verilib.

Xəbər 420 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR