”Cənab Prezidentin hər kəlməsində həqiqət var” – Elşən Musayev

”Cənab Prezidentin hər kəlməsində həqiqət var” –   Elşən Musayev

“Cənab Prezidentin hər sözündə, hər kəlməsində, hər fikrində həqiqət var! Bəli, bir tək media deyil, elə biz siyasilər də düzgün, dəqiq informasiya təminatında ölkə başçısına yardımçı olmalıyıq. Yardımçı olmalıyıq ki, İlham Əliyev daha əlavə problemlərlə yüklənməsin, ölkə həyatının bütün sferalarında baş verən hadisələr haqda məlumatlansın, səhih, düzgün bilgilərlə əhatələnsin”.

Aktual.az xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, politoloq Elşən Musayev Milli Mətbuatın yaranmasının 140 illiyi münasibətilə keçirilən tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən səslənən mesajlara münasibət bildirərkən söyləyib.

“İlham Əliyev öz nitqində yetərincə vacib məsələlərə toxundu. Ələlxüsus da Cənab Prezidentin internet – media ilə bağlı söylədiyi fikirlər daha böyük maraq doğurur: “Bəzən ətrafımdakı insanlar məndən müəyyən informasiyaları gizlətməyə çalışırlar. Amma mən özüm internet – medianın daimi izləyicisiyəm və bütün məlumatlardan xəbərim var”.

Bu gerçəkdən son dərəcə sevindirici haldır. Əsas da ona görə sevindiricidir ki, ölkə başçısı Azərbaycan mətbuatına, ölkə jurnalistlərinə, informasiya təminatında əməyi olan insanlara bu qədər önəm verir, onlarla əməkdaşlıq etməyə bu qədər maraqlıdır.

Və...son olaraq, aktual.az vasitəsilə dünən Cənab Prezident tərəfindən mükafatlandırılan bütün mediadakı dostlarımı, şəxsən tanıdığım və tanımadığım insanları səmimi qəlbdən təbrik edirəm.
Uğur olsun, əzizlərim. Sizlər bu ada, bu təltifə həqiqətən layiqsiniz” – deyə Partiya sədri fikrini tamamlayıb.

 
Xəbər 1931 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR